Qara 20 yanvar faciəsinin 29-cu ildönümü: İNK-da ictimai dinləmələr və ictimai ziyarət…

19 yanvar 2019-cü il tarixində, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbədə – İctimai Nəzarət Koalisiyasının Mərkəzi Qərargahında yerləşən QHT Evinnin Böyük Zalında “Qara 20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunmuş Açıq İctimai Dinləmələr baş tutdu.

Tədbir 20 Yanvar 1991-ci ildə baş verən şanlı milli-azadlıq hərəkatının üsyanı zamanı şəhid olaraq tariximizin qızıl səhifələrinə imza atanların əziz xatirəsi yad edən İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İB-nin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov sözü İctimai Nəzarət Koalisiyası İH-nin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, SİMİB-nin sədri Rasim Məmmədova verdi. Rasim Məmmədov geniş məruzə ilə çıxış edərək Şəhidlik Zirvəsinə yüksələn Vətən qəhrəmanlarımızın əziz xatirəyini yüksək tutdu.
Sonra İlahiyyatçı Mir Kazım Kazımi öz çıxışında şəhidlərin əziz ruhuna dua oxudu, hadisələrlə bağlı xatirələrini söylədi.
20 Yanvar hadisələrinə həsr olunmuş videomaterialın nümayişindən sonra Açıq İctimai dinləmələr davam etdirildi. Türkiyədən gələn qonaqların da qoşulduğu məclisdə İNK sədrinin müavini, “Təzadlar” qəzeti/saytının baş redaktoru Asif Mərzili, şairlər Oqtay Rza, Svetlana Zeynalova, İNK departament rəhbəri İradə Məlikova, yazıçı-publisist Sabir Məmmədov, faciə iştirakçıları və şəhid ailələri nümayəndələrindən Gözəl Xasıyeva, İNK sədrinin müavini İradə Həsənova mövzuyla bağlı çıxış edərək fikirlərini paylaşdılar.
İNK sədr müavini İradə Həsənova İNK ailəsinin 20 yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Beynəlxalq ictimayyətə müraciəti oxudu.

Sonra Fəxri Xiyabana ictimai ziyarət edildi!

Təşkilatçılar:

İctimai Nəzarət Koalisiyası
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi

İctimai Nəzarət Koalisiyası haqqında geniş məlumatlar

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 100-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

Təşkilatlar haqqında məlumatlar

100 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İB.

İNK – DAMM İB, SİMİB, YYSİB-nin ünvanı:

Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)

E-mail: info.damm.mf@gmail.com, inkoalisiya@gmail.com

Saytlar:

www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.ictimainezaret.com
www.yenimedia.net
www.tezadlar.az
www.kitabxana.net
www.ictimainezaret.com
www.yysq.kitabxana.net

Feysbuk resurslarımız:

https://www.facebook.com/DAMMIB/
https://www.facebook.com/ink2015/
https://www.facebook.com/sabitlik/
https://www.facebook.com/ictimai
https://plus.google.com/u/0/112893622…
https://twitter.com/DAAMIinfo

Rəsmi Youtube kanalımız:

www.youtube.com/channel/UCtk6waFZnUI1wkVm5071eZw

İNK – DAMMİB, SİMİB, YYSİB-nin Analitik İnformasiya Mərkəzi

Paylaş