İNK Şəhidlər Xiyabanında Füzuli və Cəbrayılın ermənilər tərəfindən işğalı – 25 illiyinə etiraz yürüşü İNK Şəhidlər Xiyabanında Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğal edilməsinin 25 illiyinə etiraz etdi… Sıralarında 90 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyası avqustun 23-də Bakıda və Lənkəranda Ermənistan tərəfindən Azərbaycanın qədim Füzuli və Cəbrayıl rayonlarının işğal edilməsinin 25 illiyi münasibətilə etiraz yürüş-mitinqlərini təşkil edərək beynəlxalq ictimaiyyətin diqqətini məlum münaqişənin acı nəticələrinə yönəltməyə çalışdı. İNK İH-nin sədri, DAMMİB-nin I vitse-prezidenti, SİMİB-nin rəhbəri, tanınmış ictimai xadim Rasim Məmmədovun başçılığı altında İNK ailəsinin dəyərli üzvləri mərasimlərdə çıxış ediblər.

Paylaş