İNK da yeni təyinat: Cənub bölgəsi regional nümayəndəliyin sədri – Hacı Məhəmməd Məhəmmədov İNK fəalı, uzun müddət təşkilatın üzvü olan Məhəmməd Zəkəriyyə oğlu Məmmədov İctimai Nəzarət Koalisiyası Cənub Regional Nümayəndəliyinin sədri vəzifəsinə təyin olundu, qurumun fəaliyyəti üçün işlərin görülməsi ona tapşırıldı. Sıralarında 90-dan çox ictimai təsisatı – QHT, KİV, İnternet saytları və b. birləşdirən İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyllərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Vaxtaşırı olaraq paytaxt Bakı da daxil olmaqla, bölgələrdən şikayət və müraciət məktubları alırıq. Bəzilərini adiyyatı dövlət və özəl qurumlara ünvanlayır, ortaya çıxan problemlərin həllinə nail oluruq. Bir çoxunu isə İNK-ya daxil olan mətbu orqanımız – “Dövlət və qanun” və “Təzadlar” qəzetinin, saytarımızın səhifələrində dərc etməklə, İNK TV efirində sosiallaşdıraraq əlaqədar təşkilatların rəhbərləri və əməkdaşlarının diqqətini o məsələyə yönəltməyə çalışırıq. İctimai Nəzarət Koalisiyası ölkə başçısının çağırışını əsas götürərək, 2015-ci ilin oktyabrda yaradılmışdır. Təşkilatımızın əsas ana xətti ölkə başçısının ətrafında sıx birləşərək, dövlət siyasətini təbliğ edərək, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə ictimai aktiv vətəndaşların və təşkilatların gücündən istifadə edərək cənab Prezidentə dəstək olmaqdır. Cənub rayonlarında aktivliyi ilə seçilən, təşkilatımızın fəal üzvü Məhəmməd Zəkəriyyə oğlu Məmmədov İNK-nın Cənub (Lənkəran – nümayəndəliyin mərkəzi ofisi olmaqla, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad rayonlarını əhatə edən) regional nümayəndəliyinin sədri təyin olunmuşdur.

İctimai Nəzarət Koalisiyası ailəsi haqqında

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

İNK TV-də hazırlanan kreativ müəllif proqramlarına www.inktv.az – İNK TV İnternet Telekanalından da baxa bilərsiz. 80 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), Sabitlik və İnkişaf Mərkəzi İB.

İNK – DAMM İB, YYS İB, SİM İB və İNK TV-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)

E-mail: info.damm.mf@gmail.com , inkoalisiya@gmail.com,

Mətbuat – “Dövlət və qanun” qəzeti

Saytlar:

www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.kitabxana.net
www.yysq.kitabxana.net

Feysbuk resurslarımız

https://www.facebook.com/DAMMIB/ https://www.facebook.com/ink2015/https://www.facebook.com/sabitlik/ https://www.facebook.com/ictimai

https://plus.google.com/u/0/112893622

https://twitter.com/DAAMIinfo

Rəsmi Youtube kanalımız:

https://www.youtube.com/channel/UCtk6

İNK Analitik-İnformasiya Bölümü

Paylaş