İNK-da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anıldı: Anım tədbiri… UNUTMADIQ: XOCALI SOYQIRIMI – 28 İNK-da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anılır! 25 fevral 2020-ci il tarixində İNK QHT Evində – Mir Cəlal Paşayev adına Mədəniyyət Mərkəzinin Böyük Akt Zalında XX əsrin ən böyük genosid hadisələrindən biri sayılan Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım məclisi keçirildi! İctimai-siyasi, sosial-mədəni ictimaiyyətin nümayəndələri, ictimai aktivistlər və İNK Ailəsinin üzvləri iştirak etdyi anım məclisi rəsmi hissədən və ədəbi kompozisiya formasında təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə İNK baş katibi, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov açdı. Dövlət himni səslənəndən sonra şəhidlərin, Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqə yad edildi. İNK İH sədri, DAMMİB ı vitse-prezidenti, SİMİB sədri, ictimai xdimi Rasim Məmmədov “XOCALI SOYQIRIMININ 28 İLLİYİ” mövzusunda geniş məruzə ilə çıxış etdi. Daha sonra söz Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, Xocalı facəsinin canlı qurbanı Xəzəngül, tanınmış ədəbiyyat və incəsənət xadimlərindən Eldost Bayramov, Ramiz Məlikli, Yusif Nəğməkar, Flora Xəlilzadə, Hacı Rafiq və başqaları Xocalı soyqırımı və onun qurbanları barədə danışdılar, qisasın yerdə qalmayacaqlarını vurğuladılar. İNK adından beynəlxalq ictimaiyyətə bəyanat oxunandan sonra hazırlanmış filmə və musiqili-ədəbi kompozisiyalara baxış keşirildi. İctimai Nəzarət Koalisiyası – Vətəndaş Cəmiyyəti Platforması! Təşkilatlar haqqında məlumatlar 113 Vətəndaş Cəmiyyəti Təsisatlarını birləşdirən – QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən Vətəndaş Cəmiyyəti Platformasıdır! İNK – DAMM İB, YYS İB, SİMİB-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073 “Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis) E-mail: info.damm.mf@gmail.com, inkoalisiya@gmail.com İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi

Paylaş