İNK-da seçki müşahidəçiləri üçün Praktik Təlimlər I Respublika Seçki Forumu davam edir: Müşahidəçilər üçün Praktik Təlimlər baş tutdu. İNK üzvləri, MSK-da respublika, dairə və məntəqə üzrə müşahidəçi kimi rəsmi surətdə qeydiyyatdan keçmiş, eləcə də virtual müşahidəçilərin içtirakıyla 05.02.2020-ci il tarixində, İNK Mərkəzi Qərargahında – QHT Evinin Konfrans Salonunda Birinci Respublika Seçki Forumu davamı olaraq Müşahidəçilər üçün təlimlər təşkil olundu. Məlum olduğu kimi, 31 yanvar 2020-ci il tarixində, saat 14 00-da İNK Mərkəzi Qərargahında – QHT Evinin Konfrans Salonunda çağdaş tariximizdə ilk dəfə olaraq keçirilən Birinci Respublika Seçki Forumunun davamı kimi təşkil edilən tədbirdə İNK üzvləri, ictimai fəallar, KİV və yeni media əməkdaşları da dəvətli idilər… Tədbirdə İNK sədri Rasim Məmmədov, Baş katib Aydın Xan Əbilov, Namizədlərdən Ləman Cəfərzadə, Aqil Tağıyev, eləcə də müşahidəçilər və başqaları çıxış etdilər. İctimai Nəzarət Koalisiyası – Vətəndaş Cəmiyyəti Platforması! Təşkilatlar haqqında məlumatlar 113 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən Vətəndaş Cəmiyyəti Platformasıdır! İNK – DAMM İB, YYS İB, SİMİB-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073 “Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis) E-mail: info.damm.mf@gmail.com, inkoalisiya@gmail.com İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi

Paylaş