İctimai dinləmə: İNK – Vətəndaş Cəmiyyəti Platforması Prezidentin islahatlarını dəstəkləyir

İNK-Vətəndaş Cəmiyyəti Platforması prezident İlham Əliyevin iqtisadi islahatlarla bağlı mövqeyini qətiyyətlə dəsdəkləyir: İNK-da ictimai dinləmələrdə!

İctimai Nəzarət Koalisiyasının QHT evində İNK üzvü olan ictimaiyyət nümayəndələrinin görüşü keçirilmişdir.

Bugünkü görüşdə əsas məqsəd prezident İlham Əliyevin keçirdiyi son iqtisadi müşavirədə, eləcə də, daha öncəki müşavirələrdə müzakirə etdiyi problemlər, ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarının nümayiş olunması və ictimai münasibələrini öyrənilməsi idi.

Görüşdə çıxış edən İNK İH sədri, DAMM İB-nin I-ci vitse-prezidenti, SİMİB-nin rəhbəri ictimai xaim Rasim Məmmədov və bu ictimai birliklərin bir sıra fəal rəhbər üzvləri 110 təşkilatı özündə birləşdirən koalisiyanın Prezidentimizin çıxışları və fəaliyyəti ilə həmrəy olduqlarını bildirmişlər.

İNK baş katibi, YYSİB sədri Aydın Xan Əbilov, Aparat rəhbəri Firuza Mustafayeva və b. ictimai dinləmələrdə çıxış ediblər.

İNK QHT Evində ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi son müşavirədə, eləcə də bundan əvvəlki müşavirələrdə qaldırdığı problemlər, ictimai nəzarətin vacibliyini vurğulaması ilə əlaqədar çıxışları nümayiş olundu. İNK rəhbərliyi və üzvləri prezidentin çıxışını dinlədi və dəstək olduqlarını bildirdilər. Geniş ictimai müzakirə zamanı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf yüksək qiymətləndirildi.

Təşkilatlar haqqında məlumatlar

110 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən Vətəndaş Cəmiyyəti Platformasıdır!

İNK – DAMM İB, YYS İB, SİMİB-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)
E-mail: info.damm.mf@gmail.com, inkoalisiya@gmail.com

İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi

Paylaş