Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə layihəsi

 

Layihe-Baner-SIMIB-2019

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində müxtəlif istiqamətlərdə yerli QHT-lərin aktual layihələrini maliyyələşdirir. “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə “Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı dördaylıq layihəsi ilə qalib gələn Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi bu günlərdə, icra planına uyğun olaraq, fəaliyyətinə start verib.

Bu haqda SİMİB Analitik-İnformasiya Xidmətindən verilən məlumatlara görə, təşkilatın bu yeni layihəsi müasir dövrün tələb və dəyərlərinə uyğun olaraq, mədəniyyət sənayesini – kreativ biznes sahələrini əhatələməklə, yeni innovativ iş yerlərinin yaradılması ilə bağlı təşəbbüslərin reallaşdırılmasını, fərqli sahibkarlıq fəaliyyətlərinin formalaşmasını dəstəkləyir.

Son illər dünyada baş verən iqtisadi böhran və dəyişikliklər, İK texnologiyaları, süni intellektin sürətlə inkişafı, ənənəvi iş yerlərinin yeni, fərqli – innovativ-kreativ fəaliyyət növləri ilə əvəzlənməsi, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı proqramlar, regionların iqtisadi cəhətdən inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı davamlı siyasətini dəstəkləmək layihənin əsas məqsədlərindəndir.

Bu baxımdan kreativ sənayemizin müxtəlif sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-mədəni nəşrlər və elektron resurslarının hazırlanması, onların İnternetdə – sosial şəbəklələrdə dəstəklənməsi, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq xarici vətəndaşların ölkəmizə turist axınına təkan verməyi nəzərdə tutan innovativ layihə, yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə fərqli yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasının təbliğinə istiqamətlənib. Müxtəlif tədbirlər vasitəsilə mədəniyyət sənayesinin – kreativ biznesin yeni formaları sayılan növlərinə daha innovativ-yaradıcı yanaşmanın vacibliyini önə çəkməklə, bu sahələrdə çalışan müxtəlif peşə sahiblərinə tanıtmaq, intellektual-elmi, kulturoloji-kreativ materiallardan, virtual məhsullardan ibarət resursların yaradılması da nəzərdə tutulur. Paytaxt Bakıda və qismən İnternet üzərindən bölgələrdə onların tanıdılması, sosial şəbəkələrdə məxsusi olaraq PR-nın aparılması nəzərdə tutulur. Layihə çərçivəsində kreativ biznesin elmi-təcrübi tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahələrdəki problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.

Sirr deyil ki, post-neft erasında yeni biznes sahələri sürətlə həyatın, iqtisadiyyatın müxtəlif sahələrinə nüfuz etməyə başlayıb. Qlobal geo-iqtisadi tələblərdən çıxış edərək respublikamızda son zamanlar qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət ayrılır. Bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək olaraq, layihə gəlirli sahələrdən sayılan kreativ biznes, mədəniyyət və incəsənətin müxtəlif qollarını əhatələyən yeni sahələrin inkişafına təkan verəcək. Məlumdur ki, ölkəmizdə kreativ sənayenin inkişafı son illərdə sürətlənsə də, onun ayrı-ayrı sahələri hələ də yetərincə inkişaf etməyib.

Şou-biznes, televiziya-kino, klip-reklam, telesseriallar, konsert və kütləvi tədbirlər, restoran-əyləncə, moda-geyim, suvenir-hədiyyə kimi sahələrini inkişaf etdirməklə,

mədəni biznes iqtisadiyyatımızın əsas gəlir mənbəyinə çevrilə bilər. Mədəniyyət sənayesinin iqtisadi, maliyyə, sosial, bazar, marketinq, mədəni yanaşma, hüquqi tərəflərlə bağlı bəzi problemlər var ki, onlar vaxtında aradan qaldırılmasa, qonşu ölkələrə rəğmən, Azərbaycanda bu gəlirli sahə ləng inkişaf edəcək. Respublikamızda hələ də turizmə əyləncə sahəsinin bir forması – ekskursiya və səyahət hadisəsi kimi fərdi-maliyyə hadisəsi kimi yanaşma, düşüncə mövcuddur.

Kreativ biznesin ən çox inkişaf etmiş sahələri ölkəmizdə hələ də lazımınca tədqiq olunmayıb, onunla bağlı elmi-kütləvi vəsaitlər hazırlanmayıb. Mədəniyyət sənayemiz İnternetdə, xüsusən də virtual aləmdə, sosial şəbəkələrdə yetərincə təbliği, tanıtımı təşkil edilməməsi, sahəvi-elmi ədəbiyyatların elektron variantların hazırlanmaması, müəyyən mənada, yeni iqtisadiyyatın bu yüksəkgəlili növünün inkişafında problemlər yaradır.

Layihə sadalanan məsələnin həlli istiqamətində bəzi problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin təcrübələrini birləşdirməyi, ictimai müzakirələrin genişlənməsini, kreativ biznes üzrə ədəbiyyatların nəşrini, təcrübələrin paylaşılmasını dəstəkləyir. Qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün aşağıdakı vəzifələr müəyyənləşdirilir:

1. Kreativ biznes, mədəni iqtisadiyyat sahəsində yeni iş yerlərinin yaradılmasını təbliğ etməklə iqtisadiyyatımızın innovatif istiqamətinin inkişafını dəstəkləmək;

2. Mədəniyyət industriyasının – mədəni sənayenin yeniliklərinə maraq göstərən kreativ düşüncəli mütəxəssislərin iştirakı ilə dəyirmi masa və təqdimatlar formasında təcrübə mübadiləsi aparılacaq, qazanılan uğurlar, praktik bacarıqlar öyrəniləcək, problemlər müzakirəyə çıxarılacaq;

3. Əlil vətəndaşlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün mədəniyyət sənayesinə aid kreativ-innovativ, virtual-kulturoloji e-resurs yaradılacaq, onların inkişafına, zənginləşmasinə, yayılmasına və hazır kreativ məhsullarla xaricilər arasında tanınmasına nail olunacaq;

4. Dünyanın aparıcı dillərində Azərbaycan, onun kreativ sənaye imkanları, multikultural dəyərləri, mədəni-coğrafi sərvətləri, tarixi, mətbəxi, incəsənəti və s. potensialları haqqında yeni formatlı e-kitablara, anadilli elektron nəşr məhsullarına tələbatını nəzərə alıb, elektron kitabxana resurslarının zənginləşdirilməsi üçün işlər görüləcək;

5. Anadilli qlobal informasiya resurslarının genişləndirilməsi kimi yeni innovativ vasitələrlə ölkəmizdə kreativ-mədəni turizmin müxtəlif qollarının inkişafına xidmət edəcək fərqli təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur;

6. İnternetdə – sosial şəbəkələrdə kreativ-innovativ fəaliyyətləri təşviq etməklə gənclərin işsizlik problemlərini aradan qaldırmaq, mədəni biznesdə – mədəniyyət sənayesində yeni iş yerlərinin açılmasını sürətləndirəcək;

7. Real və virtual formada kreativ-innovativ təşəbbüsləri dəstəkləməklə maraqlı tərəflərin günümüzün tələblərinə uyğun fəaliyyətlərinin istiqamətlərini dəyişdirərək faydalı əməklə məşğuı olunmasını situmullaşdırılacaq;

8. Kreativ – mədənibiznesinin oturuşmasına nail olmaq üçün innovativ aksiyalara başlanılacaq;

9. Əsas hədəf bu istiqamətdə aparılan işlərdə yeni nəsil nümayəndələrinin iştirakını təmin etmək, İnternet və qlobal elektron resurslarda, sosial şəbəkələrdə təbliğatında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni formaların axtarılaraq tapılmasına, həyata keçirilən rəsmi dövlət proqramlarının geniş ictimaiyyət tərəfindən tanıdılmasıdır.

Layihədə qarşıya qoyulan məqsədə çatmaq üçün cəmiyyətimizin milli-mənəvi, kreativ iqtisadi-biznes dəyərlərinin gücləndirilməsini, gənclər arasında təbliğini və populyarlaşdırılması yollarının araşdırılmasını əsas vəzifə olaraq qəbul edilir.

Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə layihəsi

Ayxan Əbilli, SİMİB-nin üzvü, bloger

Paylaş