İNK – DAMMİB, SİMİB, YYSİB ailəsi Heydər Əliyevin məzarını ictimai ziyarəti

Ümummili lider Heydər Əliyev – 96

Mayın 3-də İctimai nəzarət Koalisiyasının geniş kollektivi l Fəxri Xiyabanda Ulu Öndərin nəzarını növbəti dəfə ziyarət edərək dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümünü xüsusi qeyd etmişlər!

İNK Mərkəzi Qərargahında Heydər Əliyev – 96 yubileyi və Heydər Əliyev Fondu – 15 illiyinə həsr olunmuş gənc rəssamların sərgisi uğurla keçirildi!

İctimai Nəzarət Koalisiyası haqqında geniş məlumatlar

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ictimai nəzarətin vacibliyini vurğulayandan sonra, 1 oktyabr 2015-ci ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Sabitlik və İnkişaf Mərkəzi İB və daha 9 qurum tərəfindən təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində, məmur özbaşnalığı və korrupsiyaya qarşı aparılan dövlət səviyyəli mübarizədə, dövlət qurumları, məhkəmə, biznes strukturları ilə vətəndaşlar arasındakı münaqişələrin aradan qaldırılmasında önəmli rol oynamağa başlamışdır. İNK – DAMM İB MDB ölkələrində və Türkiyədə fəaliyyət göstərən nümayəndəliklərlə yanaşı, respublikamızdakı 105 QHT, ictimai birlik, yazılı və elektron KİV-ləri, İnternet TV və saytları özündə birləşdirərək, cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin yaxından iştirakına yardımçı olmaqla, ölkədə və beynəlxalq aləmdə Azərbaycanın həqiqətlərini, dövlətçilik nailiyyətlərini, ictimai-sosial, mədəni səviyyəsini, demokratik dəyərlərini ardıcıl təbliğ edir.
DAMMİB, YYSİB, SİMİB İNK və bu iri platformanın sıralarında birləşən təşkilatlar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla bağlı həm respublikamızda, həm də xaricdə müxtəlif mötəbər tədbirlərini gerçəkləşdirir və layihələr həyata keçirir. Beynəlxalq aləmdə fəaliyyətimiz, yaradıcısı xalq şairi Söhrab Tahir olan, hazırda isə Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaşöhrətli, xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən aparılır. DAMM İB-nin 23 illik geniş fəaliyyəti ölkə ictimaiyyəti arasında və beynəlxalq aləmdə hər zaman maraqla qarşılanıb. Bunu həyata keçirdiyimiz layihələrlə, çoxistiqamətli fəaliyyətimizlə və milli diaspor siyasətinə verdiyimiz dəstəyimizlə sübut etmişik.

Paylaş