İNK – “Təzadlar” qəzeti/saytı: rusiyalı tədqiqatçı-alim Oleq Kuznetsovun müsahibəsi

DAMMİB – İNK – SİMİB – YYSİB və “Təzadlar” qəzeti/saytı: QHT Evində Azərbaycansevər tədqiqatçı Oleq Kuznetsovla görüş – ictimai müzakirə keşirilib.

12 mart 2019-cu il tarixində İNK Mərkəzi Qərargahında – QHT Evinin Yeni Media və KİV Mərkəzində ermənilərin dəfələrlə məhkəməyə verib mənəvi terror etdikləri araşdırmaçı alim, qafqazşünas, Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya çıxaran Oleq Yuriyeviç Kuznetsov ilə İNK ailəsinin ictimai görüşü keçirildi.

İctimai Nəzarət Koalisiyasının Yeni Media Mərkəzində qafqazşünas publisist, Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm xidmətləri olmuş Oleq Yuriyeviç Kuznetsov ilə İNK üzvlərinin və kütləvi informasiya nümayəndələrinin görüşü keçirilmişdir. Həmişə olduğu kimi ictimai müzakirələrlə davam edən görüşdə Kuznetsov haqqında geniş məlumat verilmişdir.
Ermənistan hökümətinin dəfələrlə məhkəməyə cəlb etdiyi, ermənilərin mənəvi terroru ilə qarşılaşan araşdırmaçı alim hazırda Kursk Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, eyni zamanda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi araşdırıcısı kimi fəaliyyət göstərir.
160-dan çox elmi işin, 8 monoqrafiyanın ali məktəb üçün 3 dərs vəsaitinin müəllifi olan Oleq Kuznetsovun bir çox yazıları və monoqrafiyaları ingilis, alman, fransız, türk və Azərbaycan dillərində tərcümə olunmuşdur.
Görüşü giriş sözü ilə DAMMİB-vitse prezidenti, İNK-in, SİMİB-in prezidenti Rasim Məmmədov açaraq O.Kuznetsovun bir çox fəaliyyət və yaradıcılıq nümunələri barədə məlumat verdi. Tarixçi alim öz növbəsində şəxsi fəaliyyəti ilə bağlı bir çox məqamlardan, eyni zamanda xalqımızın mübarizə əzminə verdiyi böyük qiymət və Beynəlxalq Münasibətlər tarixində Azərbaycanın özünəməxsus yüksək rolunun əhəmiyyətindən danışdı.
Görüşdə iştirak edənlərin suallarını çox geniş, hərtərəfli, bir sıra tarixi faktların və qarşılıqlı münasibətlərin, dünyanın mövcud iqtisadi durumunun bütün aspektləri baxımından real, səmimi şərhi ilə cavablandıran Oleq Kuznetsovun bütün çıxışları rəğbətlə qarşılandı.

Yazılı və elektron KİV, Yeni media nümayəndələri, eləcə də geniş ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdən əvvəl O.Küznetsov “Təzadlar” qəzeti/saytına geniş video-müsahibə verib!

İctimai müzakirə İNK-DAMMİB-SİMİB-YYSİB-nin 31 mart Dünya Azərbaycalılarının Soyqırımına həsr olunmuş tədbirlər silsiləsi əsasında təşkil olunub.

Oleq Yuryeviç Kuznetsov haqqında məlumatlar

Oleq Yuryeviç Kuznetsov (d. 22 aprel 1971, Tula, Tula vilayəti, RSFSR) — tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı.

1992-ci ildə Orlov Dövlət Universitetinin tarix fakultəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının hüquqşünaslıq fakultəsinin fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Kursk Dövlət Universitetində “vətən tarixi” sahəsi üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olmuşdur.

1992-1996-cı illər arasında müxtəlif təhsil müəssələrində, təbiəti mühafizə mərkəzində, Tula şəhərinin abidələrin restavrasiyası və istifadəsi administrasiyasında fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə “Kulikova döyüşü muzeyində” aparıcı elmi əməkdaş və elmi katib vəzifəsində çalışmışdır.

Hazırda İdarəetmə inistutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Eləcə də Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyət ilə məşğuldur.

Paylaş