İNK-da Qarabağ – Xocalı Soyqırımı: ictimai dinləmələr!

12 fevral 2019-cu il tarixində İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, SİMİB, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin müştərək təşkil etdikləri Qarabağ – XOCALI SOYQIRIMI mövzusuna həsr olunmuşdu.

Tədbiri İNK, DAMMİB aş katibi, SİMİB-nin sədr müavini, YYSİB sədri, yazıçı-kulturoloq açaraq bildirdi ki 105 təsisatı özündə birləşdirən İNK sədri, DAMMİB l vitse-prezidenti, SİMİB-nin sədri Rasim Məmmədov başda olmaqla İNK ailəsinin böyük bir qrupu hazırda qardaş Türkiyənin Qəhrəmanmaraş şəhərinin mərkəzindəki Qarabağ – Xocalı soyqırımı parkı və Ana fəryadı abidə kompleksinin açılış mərasimində iştirak edir!
Daha sonra DAMMİB rəhbərliyində təmsil olunan Ülviyyə Murtuzova, tanınmış şair-alim Oqtay Rza, İNK üzvlərindən Orxan Müxtarov, Əkbər Yusifoğlu, Yeganə Məmmədova, Bayram Allahverdiyev, Svetlana Zeynalova, Elçin Məmmədov, Füruzə Mustafayeva və başqaları fikir, təklif və mülahizələrini tədbir iştirakçılarıyla bölüşdülər…

BU GÜN KAHRAMANMARAŞDA XOCALI PARKININ AÇILIŞI OLACAQ – FOTOLAR

“Bu gün Bakı vaxtilə saat 13:00-da Türkiyənin milyonyarımdan çox əhalisi olan Kahramanmaraş şəhərində Xocalı parkının və Xocalı abidəsinin açılış mərasimi olacaq. Artıq nümayəndə heyətimiz buradadırlar. DAMM-nin 1-ci vitse-prezidenti, İNK-nın sədr Rasim Məmmədov, Xalq artisti Ramiz Quliyev, Milli Qəhrəman anasl Gözəl Xasıyeva və digər komanda üzvləri bu gün saat 13:00-da başlayacaq möhtəşəm mərasimə hazırlaşırlar. Eləcə də Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və səfirliyin digər rəsmiləri buradadırlar… Türkiyədə yaşayan tanınmışlarımız da artıq bu saatlarda Kahramanmaraşdadırlar…”.

Bu sözləri Xocalı parkının açılış mərasimində iştirak edən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili dedi.

A.Mərzilinin sözlərinə görə, nümayəndə heyəti dünən Kahramanmaraşın bələdiyyə sədri Fateh Mehmet Erkoçun müşayiəti ilə parkda aparılan son tamamla işləri ilə tanış olublar: “İNK sədri Rasim Məmmədov artıq üç gündür Kahramanmaraşdadır. Dünən birlikdə Fateh Mehmet Erkoçla Bələdiyyə idarəsində görüşdük, sonra Xocalı parkına baş çəkdik, son tamamlama işləri ilə tanış olduq… Çox maraqlıdır ki, Xocalı parkı Fateh Mehmet Erkoçun birbaşa təşəbbüsü ilə bu gün burada açılışı olacaq 15 Temmus parkı ilə üzbəüzdədir. Yəni, bu o deməkdir ki, Türkiyə ilə Azərbaycanın sevinci kimi, dərdi də birdir, eyni məkandadır. Xocalı parkında şəhidlərimizin sayı qədər ağac əkilib, yaşıllıq salınlb… Onu da deyim ki, bugünkü mərasimlərə Türkiyədən çoxsaylı dövlət rəsmiləri də gəliblər. Tədbirdə yüz minlərlə insanın iştirakı gözlənilir… Onu da deyim ki, vaxtilə Maraş adlanan bu şəhərin erməni işğalından azad edilməsinin 99 illiyi ilə bağlı keçiriləcək tədbirdə də iştirak edəcəyik. Bildiyiniz kimi, Birinci Dünya Müharibəsində məğlub olduğuna görə Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi, Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı 1920-ci ilin yanvar ayında maraşlıların başlayan döyüşü və 1920-ci il fevral ayının 12-də işğalın ortadan qalxması ilə nəticələndi. Tarixi mənbələrdə göstərilir ki, 1919-cu il noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün rəqs təşkil edilir. Komandirin rəqsə dəvət etdiyi erməni qızın “Sizinlə rəqs edə bilmərəm. Çünki özümü əsarətdə hiss edirəm. Qalada türk bayrağı dalğalandığı müddətdə sizinlə rəqs edə bilmərəm” deyərək fransız komandirin təklifini rədd edir. Bu hadisədən sonra qaladakı türk bayrağı endirilir. Fransızların şəhərin qalasındakı türk bayrağını endirməsi, günahsız insanları öldürməsi və həbs edilməsi narahatlığı daha da artırır. Ulu Məscid İmamı Rıdvanın “Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı qılınmaz!” deməsi əhalidəki fransızlara və erməni işğalçılarına qarşı olan nifrəti oyadır və üsyana çağırır. Qalaya hücum edən Maraş əhalisi fransız əsgərlərini məhv edərək türk bayrağını yenidən qaldırırlar. Bundan sonra şəhərin hər yanında qarşıdurmalar baş verir. Tarixdə o da var ki, 1919-cu il hadisələrində erməni əsgərləri fransız uniformasını geyinib şəhərə girirlər. Küçədə hamamdan çıxıb gedən qadınların qarşısını kəsib “Bura artıq türklərin deyil, fransız məhəlləsidir, çadra ilə gəzmək olmaz, açın üzünüzü” deyirlər. Hamamın yaxınlığında kiçik bir dükanda süd satan və hadisələri kənardan izləyən Südçü İmam tapançasını götürüb özünü hadisə yerinə çatdırır və atəş açır. Bundan sonra maraşlılar ölüm-dirim mübarizəsinə qalxaraq fransızların və ermənilərin işğalına son qoyurlar.

Paylaş