İNK CRN-də 2019-cu ilin ilk regional müşavirəsi. Lənkəranda İNK vəsiqələri verildi.

İctimai Nəzarət Koalisiyası respublika üzrə şəbəkələşmə və təşkilatlanma işini uğurla həyata keçirir. İNK ailəsinə nəinki 100-dən çox ictimai təsisat və KİV orqanı, İnternet saytları, həm də respublikanın 14 iqtisadi region üzrə regional nümayəndəlikləri, həm də rayon və şəhərlər üzrə şöbələr, qəsəbə və kəndlər üzrə bölmələri yaradılmaqdadır.
Yanvarın 4-də İNK baş katibi, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov – Aydin Xan Ebilov, eyni zamanda İNK-nın Cənub Regional Nümayəndəliyinin sədri Məhəmməd Məmmədovun başçılığı ilə İctimai Nəzarət Koalisiyası, DAMM İB, SİM İB, eyni zamanda Yeni Yazarlar və Sənətçilər İB-nin fəallarının və departament sədrlərinin iştirakıyla geniş müşavirə keçirilib.

İNK baş katibi, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov İNK regional müşavirədə geniş nitqlə çıxış edib. Daha sonra yeni üzvlərin İNK ailəsi üzvlük vəsiqələri fəallara təqdim olunub, İNK CRN-nin müxtəlif departamentlərinin rəhbərləri müəyyənləşdirilib.
Tədbirdə İNK-nın 2018-ci ildəki fəaliyyəti yüksəq qiymətləndirilib, görkəmli ictimai xadim, İNK İH-nin sədri, DAMMİB I vitse-prezidenti, SİMİB-nin rəhbəri Rasim Məmmədovun rəhbərliyi altında istər respublikamızda, istərsə də xarici ölkələrdə aparılan işlər, həyata keçirilən layihələr yüksək dəyərləndirilib, qarşıdakı ildə görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, Cənub Regional Nümayəndəliyinin aktiv fəaliyyətinə müsbət qiymət verilib.

İNK şəbəkəsi haqqında geniş məlumatlar

21 dekabr 2018-ci il: Prezident İlham Əliyevin ad günü münasibəti ilə İNK və DAMMİB-də yaratdığımız Qeyri-Hökumət Təşkilatları – QHT Evi, Mətbuat və Yeni Media Mərkəzi, “Vətəndaş Cəmiyyəti – İctimai Nəzarət” Diskussiya Klubu (İctimai Nəzarət Debat – Beyin Mərkəzi), Gənclər Klubu, eləcə də sıraların 100-dən çox birlik, təşkilat, KİV və İnternet resurslarını – ictimai-mədəni təsisatları birləşdirən İCTİMAİ NƏZARƏT KOALİSİYASI kimi Platforma yaratdığı yeni Mərkəzi Qərərgahı ilə Ümummilli lider Heydər Əliyev və Dünya Azərbaycanlılarının çağdaş lideri İlham Əliyev şərəfinə İctimai Müzeyin açılışları müasir zəmanəmizin ən maraqlı sosial-mədəni hadisəsi kimi 2018-ci ilə qızıl hərflərlə yazıldı!

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 100-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.

İctimai Nəzarət Koalisiyası haqqında

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

Təşkilatlar haqqında məlumatlar

100 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), Sabitlik və İnkişaf Mərkəzi İB.

İNK və DAMM İB-nın ünvanı:
Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)
E-mail: info.damm.mf@gmail.com, inkoalisiya@gmail.com

Saytlar:
www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.yenimedia.net
www.tezadlar.az
www.kitabxana.net
www.yysq.kitabxana.net

Feysbuk resurslarımız:

https://www.facebook.com/DAMMIB/
https://www.facebook.com/ink2015/
https://www.facebook.com/sabitlik/
https://www.facebook.com/ictimai
https://plus.google.com/u/0/112893622…
https://twitter.com/DAAMIinfo

Rəsmi Youtube kanalımız:

www.youtube.com/channel/UCtk6waFZnUI1wkVm5071eZw

İNK və DAMMİB-nin Analitik İnformasiya Mərkəzi

Paylaş