Sabitlik və İnkişaf Mərkəzi İB-nin 15 illiyi: ll Fəxri Xiyabanda möhtəşəm anımlar…

Sabitlik və İnkişaf Mərkəzinin 15 yaşı təntənəli qeyd olundu

Qurumun rəhbərliyi və fəalları bu gün Xalq şairi Söhrab Tahirin və görkəmli alim Xudu Məmmədovun xatirəsini yad etdilər, Milli Qəhrəman Mübariz İbrahimov başda olmaqla, Samir Xasıyev və başqa şəhid qəhrəmanlarımızın əbədi uyuyan Fəxri Xiyabandakı məzarlarını ziyarət etdilər…

Oktyabrın 15-də İctimai Nəzarət Koalisiyasının əsas təsisçilərindən olan, tanınmış ictimai xadim Rasim Məmmədovun rəhbərliyi ilə yaranmış Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin 15 illik yubileyi tamam oldu. Bu əlamətdar hadisə ilə bağlı R.Məmmədovun başçılığı ilə təşkilat komitəsi formalaşdırılıb və müxtəlif təkliflərə baxılaraq, 15 oktyabr 2018-ci il tarixində bir sıra tədbirlər həyata keçirildi.
Proqrama əsasən bu gün tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəman Mübariz İbrahimovun və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın ll Fəxri Xiyabandakı məzarlarını ziyarət etdilər.
Sabitlik və İnkişaf Mərkəzinin 15 yaşı təntənəli qeyd olundu
Sonra Xalq şairi Söhrab Tahirin və görkəmli alim Xudu Məmmədovun ll Fəxri Xiyabandakı məzarı ziyarət edildi. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin qurucusu olmuş mərhum Söhrab Tahirin məzarı başında nitq söyləyən DAMM-nin 1-ci vitse-Prezidenti Rasim Məmmədov şairin keçdiyi həyat yolundan, Azərbaycançılıq ideyalarının təbliğatına həsr etdiyi yaradıcılığından danışdı, şeirlərini söylədi. «Bu gün Sabitlik və İnkişaf Mərkəzinin 15 yaşı tamam olub. 15 il əvvəl-Prezident seçkilərində qalib gələrək Azərbaycana rəhbərlik yükünü öz çiyinə götürmüş cənab Ali Baş Komandan İlham Əliyev o vaxt xalqa müraciət edərək bildirdi ki, o, Azərbaycanda ilk növbədə sabitliyin və iqtisadi inkişafın bərqərar olunmasını təmin edəcək. Allaha min şükür ki, 15 ildir ölkəmizdə sabitlikdir, Azərbaycan iqtisadi inkişafına görə dünyada brend ölkəyə çevrilib. Biz həmin gün Sabitlik və İnkişaf Mərkəzini yaratdıq, cənab Prezidentin bu yolda köməkçiləri olmağı qarşımıza məqsəd qoyduq. 15 yaşımız münasibətilə hər birinizi təbrik edirəm…», – deyən Rasim Məmmədov Sabitlik və İnkişaf Mərkəzinin 15 yaşı münasibəti ilə keçiriləcək digər tədbirlər barədə məlumat verdi.
Sonra Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev və digər tanınmış ziyalılar mərasimdə çıxış etdilər. Mərasim iştirakçıları bundan sonra görkəmli alim Xudu Məmmədovun 2-ci Fəxri Xiyabandakı məzarını ziyarət etdilər, ruhuna dualar oxundu, abidəsi önünə tər qərənfillər düzüldü.

İctimai Nəzarət Koalisiyası haqqında

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 90-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.

90-dən çox QHT, KİV, İnternet portal, telekanal və saytı birləşdirən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, “Sabitlik və İnkişaf Mərkəzi” İB adından cəmiyyətimizə xüsusi minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə hər zaman cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

E-mail: info.damm.mf@gmail.com , inkoalisiya@gmail.com

Mətbuat – “Dövlət və qanun” qəzeti

Saytlar:

www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.kitabxana.net
www.yysq.kitabxana.net
www.tezadlar.az
www.yenimedia.az

Feysbuk resurslarımız

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi –
https://www.facebook.com/DAMMIB/
İctimai Nəzarət Koalisiyası Feysbuk səhifəsi –
https://www.facebook.com/ink2015/
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin Feysbuk səhifəsi
https://www.facebook.com/sabitlik/
İctimai Nəzarət Koalisiyası Feysbuk profili
https://www.facebook.com/ictimai
Virtual Turizm Mərkəzi
https://www.facebook.com/virtualturiz…

https://plus.google.com/u/0/112893622…

https://twitter.com/DAAMIinfo

Rəsmi Youtube kanalımız:

https://www.youtube.com/channel/UCtk6…

İNK Analitik-İnformasiya Bölümü

Paylaş