SİMİB-nin layihə tanıtımı və İNK Milli Mətbuat Gününü münasibətilə mükafatlandırılması. İNK – SİMİB və DAMMİB 22 iyul 2018-ci il tarixində Milli Mətbuat Günü münasibətilə Üzeyir Hacıbəyli Media Mükafatını təqdim etdi. İctimai anım, kreativ layihə təqdimatı, jurnalistlərin mükafatlandırması və ictimai dinləmələr oldu. 23 iyul tarixində İNK-nın Mənzil Qərəgahında “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təqdimatında Milli mətbuat Günü və Kreativ turizmə həsr olunmuş dəyirmi masa, tədbir, müzakirə və təqdimat mərasimi baş tutdu. Tədbiri SİMİB və İNK İH-nin sədri Rasim Məmmədov açaraq iştirakçıları salamladı, sonra layihə təqdimatı üçün sözü Aydın Xan Əbilova verdi. o isə öz növbəsində aşağıdakı məlumatları çatdırdı. Natiq bildirdi ki, öz fəaliyyətini ölkəmizin sürətli iqtisadi-sosial, ictimai-siyasi inkişafı, genişlənməkdə olan vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində daha da gücləndirən, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə təqdim etdiyi məqsədilə internet və sosial şəbəkələrdə məlumatlandırma tədbirlərinin təşkili” adlı layihəsi həyata keçirilməyə başlayıb. 4 ay müddətində, may-avqust 2018-ci il tarixlərində həyata keçiriləcək kreativ layihə uğurla gerçəkləşdirilir. Bütün dünyada baş verən iqtisadi dəyişikliklər, İKT-nin və robot texnikasının, süni intellektin sürətlə inkişafı, klassik iş yerlərinin yeni kreativ fəaliyyət növləriylə əvəzlənməsi, qlobal iqtisadi böhran, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidentinin qəbul etdiyi proqramlar, eləcə də milli turizmin inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı siyasəti dəstəkləmək layihənin əsas məqsədlərindəndir. Milli turizim sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-kreativ resursların hazırlanması, İnternetdə – sosial şəbəklələrdə dəstəklənməsini, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq əcnəbi turistlərin öıkəmizə axınına təkan verməyi qarşısına məqsəd qoyan innovativ layihə yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasını təbliğinə yönəlib. Bu sahənin müxtəlif peşə sahiblərinə öyrətməklə mədəni turizm sahəsində intellektual-kreativ materialların yeni – fərqli virtual məhsullardan ibarət resursların yaradılması nəzərdə tutulur, bölgələrdə onların tanıdılması, İnternet və sosial şəbəkələrdə məxsüsi olaraq PR-ı aparılması nəzərə alınıb. Layihə çərçivəsində turizmin elmi-kreativ tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahədə problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur. Kreativ biznesin ən çox inkişaf etmiş sahəsi olan beynəlxalq turizmin mədəni və etnoqrafiq istiqaməti hələ də yetərincə tədqiq olunmayıb, turizmlə bağlı lazımi vəsaitlərin hazırlanmaması, milli turizmin İnternetdə, xüsusən də virtual aləmdə yetərincə təbliği, tanıtımı təşkil edilməməsi, sahəvi-elmi ədəbiyytların elektron variantların olmaması müəyyən mənada iqtisadiyyatın bu yüksək gəlili növünün inkişafında problemlər yaradır. Turizm ölkənin bir saylı vizit sahəsi sayılır, xaricilər milli mədəniyyəti, xalqın həyatını məhz fərdi və qrup halında səyahət etməklə tanıyırlar. Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Turizm və mədəni turizmə həsr olunmuş praktik çap və vizual vəsaitlərin sosial şəbəkələr, İnternet resurslarında yerləşdirməklə bu sahədəki nisbi boşluğu qismən doldurmaq lazımdır. Eyniliklə, Azərbaycan haqqında müxtəlif dillərdə yaradılan audio-vizual, reklam xarakterli video materialları, tanıtım məhsularını sosial şəbəkələr, videopaylaşım platformaları, kompyüter və smartfonlar üçün ayrıca proqram əlavələri, tətbiqlər yaratmaqla bu istiqamətdəki boşluqları doldurmaq mümkündür. Xarici və daxili turizm industuriyasında çalışan peşəkarlar əksər hallarda sahəvi ədəbiyyat, təcrübələrin paylaşılması, müxtəlif dillərdə İnternet resursları və e-nəşrlərin azlığıyla rastlaşırlar. Layihə turizm sahəsində yeniliklərlə bol modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi ilə yanaşı, kreativ biznes və mədəniyyət sahələrdə yeni iş yerlərinin açılmasını təşviqinə yönəldilib.

ARPYQHTDDŞ: http://cssn.gov.az/

SİMİB: https://www.facebook.com/sabitlik/?fr… – www.inktv.az Kreativ-innovativ layihəsi çərçivəsində rəsmi Feysbuk səhifəsi burada: https://www.facebook.com/virtualturiz…

E-nəşrlər burada: http://kitabxana.net/?oper=e_kitabxan…

SİMİB – İNK və DAMMIB Analitik İnformasiya Mərkəzi

Paylaş