DAMMİB prezidenti, AYB katibi, Pen-klubun rəhbəri, ictimai xadim Çingiz Abdullayevin Moskva Forumunda çıxışından Dünya Azərbaycanlıları İntellektuallarının III Forumunda xalq yazıçısı Çingiz Abdullayevin kəskin çıxışı: 7-12 iyun 2018-ci il Rusiyada və dünyada yaşayan 55 milyonluq diasporumuz… Soydaşlarımızın yüzlərlə problemlərini necə həll etməli?! Xəbər verdiyimiz kimi, iyun ayında Moskvada Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlı İntellektuallarının III Forumu keçirilib. Açılış mərasimində ictimai birliyin rəhbəri, Xalq Yazıçısı Çingiz Abdullayev forumun proqramı və Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verib. İyunun 10-da Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, «İzvestiya» qəzeti redaksiyasının binasının qarşısında yerləşən “Standart” oteldə Dünya Azərbaycanlıları İntellektuallarının III Forumu keçirilib. Bu barədə «Təzadlar» qəzeti/saytınına İctimai Nəzarət Koalisiyasının sədr müavini, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili məlumat verib. Onun sözlərinə görə, möhtəşəm keçirilən tədbirdə Tatarıstanda yaşayan Azərbaycanlıların Diaspor Təşkilatının rəhbəri Sərraf Kərimov, Başqırdıstanda yaşayan Azərbaycanlıların Diaspor Təşkilatının rəhbəri İlkin Əliyev, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, professor Valeh Abbasov, Rusiya Ədalət Partiyasının sədr müavini, “Elman Qrup” hüquq şirkətinin prezidenti Elman Paşayev, Azərbaycanın Rusiyadakı səfirinin müavini Nigar Axundova, həmçinin Rusiyada yaşayan çoxsaylı tanınmış diaspor üzvləri iştirak ediblər. Tədbiri professor Valeh Abbasov açıb. Sonra söz Azərbaycanın Xalq şairi, DAMM-nin prezidenti Çingiz Abdullayevə verilib. Ardınca DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov, tanınmış vəkil və Rusiyanın Ədalət Partiyasının sədr müavini Elman Paşayev, Rusiya Vəkillər Kollegiyasının (Gildiyasının) vitse-prezidenti, professor Valeh Abbasov, Azərbaycanın Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev, İNK-nin sədr müavini və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nin Baş katibi Aydın Xan Əbilov, Moskvada yaşayan tanınmış reportyor Fuad Abbasov, Tatarıstan Diaspor Təşkilatının sədri Sərraf Kərimov, Başqırdıstan Diaspor Təşkilatının rəhbəri İlkin Əliyev, Moskvada yaşayan tanınmış diaspor fəallarından şair Sultan Mərzili, Rusiyada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Məclisinin rəhbəri Əliş Əvəz, həmçinin Rusiyanın fərqli bölgələrində yaşayan diaspor fəalları, tanınmış vəkillər, iş adamları çıxış edərək Forumun əhəmiyyətindən danışıb, təkliflərini veriblər. Rəyasət heyətinin üzvlərinə, tədbirin aparıcısı, professor Valeh Abbasova, İNK sədri Rasim Məmmədova, eləcə də «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərziliyə ünvanlanan suallardan məlum olub ki, bu böyük ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlıların diaspor yiyəsizliyi var. Tədbirdə çıxışlar zamanı Forumda fəal iştirak etdiklərinə görə hər bir Azərbaycansevərə, eləcə də Azərbaycanın Rusiyadakı səfirinin müavini Nigar Axundovaya minnətdarıq ifadə olunub. https://azertag.az/xeber/1171900

İctimai Nəzarət Koalisiyası ailəsi haqqında

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

İNK TV-də hazırlanan kreativ müəllif proqramlarına www.inktv.az – İNK TV İnternet Telekanalından da baxa bilərsiz. 80 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), Sabitlik və İnkişaf Mərkəzi İB.

İNK – DAMM İB, YYS İB, SİM İB və İNK TV-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)

E-mail: info.damm.mf@gmail.com , inkoalisiya@gmail.com,

Mətbuat – “Dövlət və qanun” qəzeti

Saytlar:

www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.kitabxana.net
www.yysq.kitabxana.net

Feysbuk resurslarımız

https://www.facebook.com/DAMMIB/ https://www.facebook.com/ink2015/https://www.facebook.com/sabitlik/ https://www.facebook.com/ictimai

https://plus.google.com/u/0/112893622

https://twitter.com/DAAMIinfo

Rəsmi Youtube kanalımız:

https://www.youtube.com/channel/UCtk6

İNK Analitik-İnformasiya Bölümü

Paylaş