İNK İH sədri Rasim Məmmədov yerində olmayan məmurlara qarşı “İctimai savaş” açdı…

İNK İH üzv təşkilatlarının genişləndirilmiş toplantısı.

İNK: Kreativ İnnovasiyalar və Analitik Beyin Mərkəzi təqdim edir.

Sıralarında 63 təşkilatı – QHT, KİV, e-TV, İnternet imkanları – xəbər portalları, saytları, elektron-virtual medianı, sosial şəbəkə resurslarını birləşdirən İctimai Nəzarət Koalisiyası, eləcə də onun Mərkəzi qərərgahında yerləşən redaksiyalar, beyin mərkəzləri, departament və komissiyalar günü-gündən güclənməkdədilər. Hər gün müxtəlif qruplara aid şəxslər İNK-nı ziyarət edir, problemlərini qabardır, təkliflərini səsləndirir, öz köməkliklərini təklif edirlər…
Bu gün keçirilən İNK İH Tədbirlərdə, görüşlərdə iştirak edən İNK İH-nin sədri, DAMM İB-nin I vitse-prezidenti Rasim Məmmədov, İNK sədrinin I müavini, YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), İNK Himayədarlar Şurasının sədri, iş adamı Hacı Quliyev, İNK İH katibi, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova, eləcə də İNK-ya daxil olan qurumların nümayəndələri ictimai nəzarət, kreativ və kulturoloji, ictimai-sosial, elmi-mədəni problemlərlə bağlı müzakirəsi vacib məsələlər barədə geniş məlumatlar verirdilər.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin qarçıdakı 20 illik yubileyi, onun mərhum Prezidenti xalq şairi Söhrab Tahirin 90 illik yubileyi və DAM İB-nin növbəti qurultayı haqqında məlumatlar verildi və xarici qonaqların da iştirak edəcək bu məclislərə yüksək səviyyədə hazırlıqların vacibliyi vurğulandı…

İNK-nın ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə.

Telefonlar – “Qaynar xəttimiz”: (+99412) 539 73 07, 5386719
409 16 81 (ofis);

e-mail: inkoalisiya@gmail.com

Saytlar: www.inktv.azwww.damm.az

İctimai Nəzarət Koalisiyasının – Analitik Beyin Mərkəzi

İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidməti

#ictimainəzarət #inktv #ictimaiyyətinsəsi #İNK #İctimainəzarətkoalisiyası#RasimMəmmədov #AydınXanƏbilov #DAMMİB #www.inktv.az

Paylaş