İctimai nəzarət haqqında kəskin mövqelər…

İctimai Nəzarət Koalisiyası: Referendum-2016 dinləmələri davam edir…

Bu gün İNK ofisində “Referendum – 2016: Azərbaycan dövlətçilik islahatları” müzakirə-dinləmələr Bakıda baş tutdu.

Sentyabrın 19-da sıralarında 50 ictimai qurum və KİV orqanı birləşdirən İctimai Nəzarət Koalisiyasının təşkilatçılığı, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB, Yeni Yazarlar və Sənətçilər Qurumunun dəstəyi ilə “İctimai-kulturoloji müzakirələr – 6” silsiləsindən “Referendum – 2016: Azərbaycan dövlətçilik islahatlarının növbəti mərhələsi” mövzusunda növbəti ictimai müzakirə-dinləmələr keçirildi.

İNK İH üzvləri ilə yeni komandanın birbaşa görüşmək üçün təşkil olunan toplantıda sentyabrın 26-da keçiriləcək Referendumun həsr olunan mobil ictimai mükakirələr zamanı İNK sədri Rasim Məmmədov #Referendum-2016-nın əhəmiyyətini vurğuladı və qarşıdan gələn ümumxalq səsverməsinə çıxarılmış Konstitusiya dəyişikliklərinin tarixi zərürətdən qaynalandığını bildirdi. R.Məmmədov oktyabrın 1-də İNK-nın birillik yubileyinin qeyd olunacağını söyləyərək ötən müddət ərzində görülən işlər və yaradılan yeni qurumlar haqqında geniş məlumat verdi.
Daha sonra açıq müzakirə, ictimai dinləmələrdə İNK İH üzvü, İNK sədrinin I müavini, istefada olan polkovnik Şahin Cahangirov çıxış edərək ictimai nəzarətin zərrüliyini vurğuladı, bu istiqamətdə İNK gördüyü işləri yüksək qiymətləndirdi.

YYSQ sədri İNK İH üzvü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, İNK Gəncləır Şurasının sədri Elşad Səfixanov və başqaları çıxış edərək müxtəlif məsələlər ətrafında danışdılar, ölkəmizin ümumi durumu, #Referendum-2016, vətəndaş cəmiyyətinin inkişafı, QHT sektorunun vəziyyəti müzakirə etdilər, eləcə də ictimai nəzarətlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Açıq müzakirələr İctimai Nəzarət Koalisiyasının – Analitik Beyin Mərkəzi tərəfindən təşkil olunan silsilə diskussiyaların növbətisi idi və İctimai Nəzarət Koalisiyasının yenicə yaradılmış İnternet telekanalında video-material yerləşdiriləcək.
Tədbirdən çəkilmiş şəkilləri təqdim edirik.

İctimai Nəzarət Koalisiyasının – Analitik Beyin Mərkəzi

İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidməti

#Referendum-2016 #ictimainəzarət #inktv #ictimaiyyətinsəsi #İNK#İctimaiNəzarətKoalisiyası

Paylaş